Alfonso Cuaron – Gravity (2013) / Benny Benassi – Castaway

Bekarçılıqdan ikinci “mashup” klip düzəltdim. Film “Warner Bros” istehsalı olan, Alfonzo Kuaronun çəkdiyi və bu yaxında ekranlaşdırılacaq “The Gravity” (“Qravitasiya”) filmidir. Baş rollarda Sandra Ballok və Corc Kluni oynayırlar.

Videoda yalnız filmin rəsmi tizerlərindən, treylerlərindən və televiziya roliklərindən səhnələr istifadə olunub. Musiqi Benni Benassinin “…Fobiya” (2005) albomundan “Kastevey” (“Castaway”) mahnısıdır. Maraqlıdır ki, mahnının sözləri film ilə (mənim tizer və treylerlərdən başa düşdüyüm qədər) çox uyğundur. Heyif ki, mən “Melanxoliya”/”Last day on Earth”-da qoyduğum qaydalara bu dəfə əməl edə bilmədim, çünki filmdən yalnız 7 dəqiqə ictimailəşdirilib. Amma filmin rəsmi DVD versiyası çıxan kimi mən daha bir video düzəltməyi fikirləşirəm.

Yeri gəlmişkən, mən heç bir müəlliflik hüququnu pozmaq niyyətində deyiləm. Müəlliflik hüquqları müvafiq sənətçilərə və ya onların nümayəndələrinə məxsusdur.

Music vid 2 thumb

Alfonso Cuaron – Gravity (2013) / Benny Benassi – Castaway

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>