Ştamp – Yeni qısametrajlı film

Qürur hissi ilə bildirmək istərdik ki, “Ştamp” adlı yeni qısametrajlı filmimizin çəkilişləri başa çatmışdır!

Filmdəki hadisələr xəyali gələcəkdə baş verir – orada dövlət, hər bir insanın əcdadlarının peşəsinə baxaraq onun seçməli olduğu peşəni təyin edir. Hər bir sistemdə olduğu kimi, bu sistemdə də “qüsurlu ünsürlər” vardır və onları aradan qaldırmaq lazım gəlir.

Filmin rejissoru, “Qiymət Cədvəli” (2011) və “Feromon” (2016) filmlərinin müəllifi Murad Əliyevdir. Filmdə görkəmli Azərbaycan aktyoru Məhəmməd Verdizadə (məhşur “Babək” filmində Babəkin oğlu Buğday rolunun ifaçısı), habelə Cavid Verdiyev və Leyla Qurbanova çəkilmişdir. Çəkilişlərdə həmçinin Azərbaycan kinematoqrafiyasının parlayan ulduzu, beynəlxalq mükafat laureatı Oktay Namazov da iştirak etmişdir.

Filmin 2016-cı ildə buraxılışa hazır olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>